“Sarı gəlinin sorağında” təqdim edildi



 

Qərbi Azərbaycanın mədəni irsi ilə bağlı çəkilən “Sarı gəlinin sorağında” sənədli filminin təqdimat mərasimi keçirilib.

“SeherXeber.org” xəbər verir ki, film Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə çəkilib.

“Sarı gəlinin sorağında” tammetrajlı sənədli filmin ssenari müəllifi Füzuli Sabiroğlu, rejissoru Mübariz Nağıyev, operatoru Fahir Səmədoğlu, prodüseri AKİ-nin katibi Əli İsa Cabbarov, xətt prodüseri İsmayıl Qasımovdur.

Qeyd edək ki, film ingilis və erməni dillərində də yayımlanacaq.