Tanınmış gürcü aktyor vəfat edib



 

Tanınmış gürcü aktyor Tengiz Arçvadze 91 yaşında vəfat edib.

"Ölkə.az" xəbər verir ki, məlumatı Gürcüstanın Kote Marcanaşvili adına Dövlət Akademik Dram Teatrı yayıb.

Bildirilib ki, Gürcüstanın xalq artisti, Tbilisinin fəxri vətəndaşı kimi titullara malik Tengiz Arçvadze 1954-cü ildə teatrın aktyoru olub, həmçinin kariyerası boyunca 46 filmə çəkilib.

Tengiz Arçvadze “Azərbaycanfilm”in istehsalı olan “İyirmialtılar” (1966) filminin baş rollarından biri olan Caparidze personajını canlandırıb.