“Məni bura TƏBİB deyil, Mehriban xanım Əliyeva göndərib” - 3 saylı klinikanın direktor Nurəngiz Bəşirova
Reportyor.TV saytı yazır ki, son günlər Bakı şəhər 3 saylı Klinik xəstəxanaya (Sabunçu xəstəxanası) direktor təyin olunmuş Nurəngiz Bəşirova tərəfindən baş verən mənfi hallar xəstəxana kollektivi arasında böyük narazılığa səbəb olub.
Qeyd edək ki, Bakı şəhəri 3 saylı Sabunçu xəstəxananın keçmiş baş həkimi Fikrət Zeynalov 4 ay öncə əməkli olmaq üçün yaş həddini keçməsilə bağlı təqaudə göndərilib.
Onun yerinə isə adı müxtəlif qalmaqallarda hallanan, əvvəllər Xocavənd xəstəxasında baş həkim və Beyləqan rayon mərkəzi xəstəxanasında direktor vəzifələrində işləmiş Nurəngiz Bəşirova TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov tərəfindən direktor vəzifəsinə təyin olunub.
Nurəngiz Bəşirovanın Bakı şəhəri 3 saylı Klinik (Sabunçu) xəstəxanasına direktor vəzifəsinə təyin olunduqdan az sonra sakitlik hökm sürən adıçəkilən klinikada dedi-qodu söhbətlər çoxalıb. Direktor tərəfindən işdən qanunsuz çıxarılmaq hiss edən həkimlər, tibb bacıları və sanitarlar pozulmuş əmək hüquqlarını bərpa etmək üçün mübarizəyə hazırlaşırlar.
Məlumat üçün direktor Nurəngiz Bəşirovanın əmək fəaliyyəti haqqında qısa arayış verməyi vacib hesab edirik. Bildirək ki, Nurəngiz Bəşirova Xocavənd xəstəxanasında baş həkim vəzifəsində çalışarkən doğulmamış körpələrin dünyaya gəlməsi barədə saxta sənəd tərtib edərək, dövlət pulunu mənimsəməsinə ciddi şübhələr yaranıb. Buna görə, 2016-2017-ci illərdə Ağcabədi Rayon Prokurorluğu baş həkim barədə cinayət işi açıb və istintaq işi aparılıb. Cinayət işi açıldıqdan az sonra Nurəngiz Bəşirova Səhiyyə Nazirliyi tərəfindən Xocavənd rayon xəstəxanasının baş həkimi vəzifəsindən azad olunub.
Təxminən bir il keçdikdən sonra Ağcabədi Rayon Prokurorluğunda açılan cinayət işi müəmmalı şəkildə xitam edilib. Cinayət işinə xitam verildikdən sonra Nurəngiz Bəşirova 2018-ci ildə Səhiyyə Nazirliyi tərəfindən yenidən Xocavənd xəstəxanasına baş həkim vəzifəsinə bərpa edilib.
Bərpadan sonra Xocavənd rayon xəstəxanasında çalışan bir qrup həkim, tibb işçisi baş həkimin barəsində açılmış cinayət işinə xitam verildiyinə görə, baş həkimin bərpasına etiraz əlaməti olaraq yuxarı dövlət orqanlarına və müxtəlif instansiyalara ardıcıl şikayət ərizələri göndəriblər.
Şikayətlərin Xocavənd xəstəxanasında durumu daha da çətinləşdiyini görən TƏBİB rəhbərliyi, Vüqar Qurbanov 2020-ci ilin fevral ayında yaxşı işləyən baş həkim adı ilə Nurəngiz Bəşirovanı Beyləqan rayon Mərkəzi Xəstəxanasına direktor təyin edib. Yeni direktorun təyinatı Beyləqan rayonunun çoxsaylı tibb işçiləri, o cümlədən rayon əhalisi tərəfindən etirazla qarşılanır.
Eyni zamanda, Beyləqan xəstəxanasına yeni direktor təyin olunmuş Nurəngiz Bəşirovanın Xocavənd rayon xəstəxanasında törətdiyi mənfi əməllər barədə yazılar ölkə mediasında sürətlə tirajlanmağa başlayır. Maraqlıdır ki, Beyləqan xəstəxanasında direktor təyinatından sonra yaranmış gərginlik səngiməmiş yeni direktorun günahı və səhvi üzündən rüşvətxorluq faktları barədə rayonda geniş şayilər yayıldı, ölkə mediasında direktorun işəgötürmə ilə yığdığı rüşvət faktları ilə əlaqədar yazılar işıq üzü gördü.
Bir sözlə, qısa müddətdə Beyləqan rayon Mərkəzi Xəstəxanasının direktoru Nurəngiz Bəşirovanın kadr islahatı adı altında apardığı rüşvətxorluqla sıx bağlı olan fəaliyyəti ifşa olundu. Direktor xəstəxanada, əhali arasındakı narazılıq və şikayətlərə məhəl qoymadan, təcrübəli, peşəkar həkim və tibb bacılarını heç bir əsas olmadan işdən çıxardı, işdən çıxarılan peşəkar tibb işçilərinin yerinə rüşvətlə götürdüyü savadsız, tibbi təhsili belə, olmayan adamların işə görürməsi rayonda böyük rezonans verdi.
Beyləqan Mərkəzi Xəstəxanasında direktorun rüşvətxorluğu barədə söz-söhbət rayonda geniş yayıldı, ədalətsizlik, haqsızlıq elə həddə çatdı ki, direktor Nurəngiz Bəşirovanın qanunsuz işdən çıxardığı peşəkar tibb işçiləri nəhayət, rayon və respublikanın prokurorluq və məhkəmə orqanlarına müraciət etdilər. Qanunsuz işdən çıxarılmış tibb işçiləri iş yerlərlərinə bərpa edilmək iddiası ilə məhkəməyə müraciət etməklə yanaşı, eyni zamanda direktorun xəstəxanada törətdiyi cinayət xarakterli əməllərinin araşdırılmas ilə əlaqədar rayon və Respublika Prokurorluğuna şikayət ərizələrilə müraciət etdilər.
Direktor Nurəngiz Bəşirovanın Beyləqan rayon Mərkəzi Xəstəxanasında törətdiyi cinayət xarakterli işlərin, xüsusən rüşvət və korrupsiya əməlinin üstünün prokurorluq orqanları tərəfindən açılma ehtimalının ciddiliyini nəzərə alan direktorun rüşvət ortağı, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov iyul 2023-cü ildə Beyləqan MX-ın direktoru Nurəngiz Bəşirovanın yerini dəyişilməyə və Bakı şəhərində yerləşən 3 saylı Klinikaya direktor təyin etməyə məcbur oldu.
Gözləmək olardı ki, bu qədər basqılardan, cinayət xarakterli əməllərdən sonra TƏBİB tərəfindən Bakı şəhər 3 saylı Klinikaya direktor təyin olunan Nurəngiz Bəşirova Xocavənd və Beyləqan xəstəxanlarındankı pis əməlindən əl çəkəcək. Amma və lakin təəssüflə qeyd edək ki, xanım direktor yüksək dövlət postu tutan himayəçilərinə və rüşvətxor dostlarına arxayın olaraq, çirkin əməllərini Bakı şəhər 3 saylı klinikada da əvvəlki həvəslə rüşvətə olan məhəbbətini xüsusi şövqlə izhar edir.
Bəs, gəlin görək, Nurəngiz Bəşirova cəmi 4 aydır direktor təyin olunduğu 3 saylı klinikada çalışan tibb işçilərinə hansı məramla, ilginc sürprizlərlə rəhbərlik edir?!...
Bu barədə ölkəmizin DİA.az, Yenixəbər, "Reportyor.org" və digər saytlarda 3 saylı klinikanın yeni direktorunun tətbiq etdiyi "iş metodu" ilə yaxından tanış olmaq imkanı qazandıq. Repartyor.org yazır ki, direktor Nurəngiz Bəşirova nöqsanları əldə bayraq edib, ondan çirkin məqsədinə nail olmaq üçün istifadə etməklə, həm peşəsinə, həm də həmkarlarına qarşı tor qurur, ədalətsiz hərəkət edir...
Daha sonra saytdan oxuyuruq: "Bir müddət keçdikdən sonra Nurəngiz Bəşirova 3 saylı Şəhər Klinik Xəstəxanasında guya, ciddi nöqsanları özünəməxsus formada araşdırır. Əslində, araşdırmada məqsəd xəstəxanada olan nöqsanları ortadan qaldırmaq deyil, sabiq baş həkim Fikrət Zeynalovu yuxarı dairələrə arzuolunmaz şəxs kimi təqdim etməkdir. Güya, Nurəngiz Bəşirova direktor təyin olunduqdan sonra klinikada korrupsiya hallarını ortaya çıxarıb, nəticələri sübüt kimi özündə saxlayır.
Bundan əlavə, klinikaya ayrılan vəsaitlərin Fikrət Zeynalov tərəfindən mənimsənildiyini kollektivə təlqin edir. Özünün Xocavənddə və Beyləqanda məşğul olduğu mənimsəmə hallarının izini 3 saylı klinikada axtarır. Bu məqamda Nurəngiz Bəşirovanın diqqətinə çatdırmaq istəyirik ki, Fikrət həkim Zeynalov istər sıravi həkim, istərsə də baş həkim işlədiyi bütün fəaliyyəti dövründə dövlətə və xalqa şərəflə, sədaqətlə xidmət edib. Bu haqda əlimizdə kifayət qədər sübütlar var.
Nəhayət, direktorun tez-tez kollektivdə təkrar etməyi çox sevdiyi bir maraqlı ifadəsi də var. Nurəngiz Bəşirova hər yerdə deyir ki, “mənu bura TƏBİB deyil, Mehriban xanım Əliyeva göndərib”! Amma bu ifadəyə inanmaq bir qədər çətin və düşündürücüdür. Məgər Birinci vitse-prezidentin işi-gücü o qədər azdır ki, hətta klinikaya direktor təyin olunmasına da nəzarət edir?!..
Növbəti yazılarımızda 3 saylı Şəhər Klinik Xəstəxanasınaya yeni təyin olunan direktor Nurəngiz Bəşirova haqqında daha geniş, ətraflı neqativ materiallar əldə edib, dərc edəcəyik. Bizi izləməyi unutmayın… (Repotyor.TV)