Həm kar, həm kor, həm də dağıdıcı həmkarlar...
Həmkarlar təşkilatlarında milyonlar mənimsənilir
Azərbaycanda fəaliyyət göstərən "xidmət" təşkilatlarından söz düşəndə, dərhal bütün sahələrdə çalışan insanlara xidmət göstərmək məqsədilə yaradılan, lakin bütün fəaliyyətini üzvlərini hər ay soymaqla və işin oğurluq üzərində quran Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) adlı parazit təşkilat yada düşür.
Əslində, 26 sahə üzrə fəaliyyət göstərən, 2,5 milyondan çox üzvü birləşdirən, sahələr üzrə əmək haqqınlarından asılı olaraq, onların əmək haqqından hər ay 1, 2, 3 faiz zorla tutaraq mənimsəyir, lakin əvəzində "Azərbaycan Həmkarlar Təşkilatı Haqqında" Qanunda nəzərdə tutulmuş xidmətləri yerinə yetirmir. Həmkarlar təşkilatında uçota duran üzvün əmək, müalicə, məişət, istirahət və digər hüquqlarını qorumalı olan həmkarlar təşkilatı hər ay 2 faiz əmək haqqını mənimsədiyi üzvünə, demək olar ki, heç bir xidmət göstərmir.
Baxın, ölkənin 26 sahəsində çalışan 2,5 milyondan çox işləyən insanlardan hər ay 10 milyon manatdan çox üzvlük haqqı qoparan və üzvlərdən yığılan bu qədər üzvlük haqqının 40 faizini mənimsəyən AHİK ölkədə daha çox dağıdıcılığı ilə diqqət çəkir. AHİK, eyni zamanda, on minlərlə işçiyə, böyük işçi ordusu çalışan 62 sanatoriyalara, pansionatlara, istirahət düşərgələrinə malik olmaqla, imperiya halında birləşərək, 30 ildir ki, əslin Naxçıvanın Şərur rayonunun Qıvraq kəndindən olan Səttar Suliddin oğlu Möhbalıyevə peşkəş olunub.
Sual olunur, niyə və nə üçün?! Səttar Möhbalıyev ölkə üçün hansı vacib işləri görüb ki, o, topdağıtmaz, saymaqla bitməyən mülkə, milyardlarla manat dəyəri olan xarici biznes şəbəkələrinə sahibdir?! Suallar çoxdur, amma bu suallara cavab verən və ya ölçü götürən hələ ki, yoxdur. Atalar yaxşı deyib ki, haqq gec təsdiq ola bilər, amma heç vaxt batmaz...
Bunlar öz yerində, bu məqamda diqqəti bu işlə bağlı olan maraqlı bir məhkəmə prosesini yada salmaq istiyirəm. Bəs, yaxşı, "İnşaayçılar" metrosu ətrafındakı AHİK-ə (təşkilatın sədri Səttar Möhbalıyevdir) məxsus olan stadion satıldığına görə, hazırda məhkəmə gedir və bu prosesdə küllü miqdarda mənimsəməyə yol vermiş adamlar Səttar Möhbalıyevi cinayət işi üzrə məhkəmədə dindirməyə dəvət etməyi tələb edirlər, amma o getmir. Müttəhim kürsüsündə oturan şəxslər Səttar Möhbalıyevin məhkəmədə dindirilməsini tələb edirlər, lakin o, məhkəməyə gətirilmir, niyə mühakimə olunanların tələbini təmin edib, məcburi gətirmir?!
Bilirsiniz, bu, nəyi xatırladır?! Səttar Möhbalıyevin sevimli arxası, dayağı olan qudası, cənab Prezidentin sabiq köməkçisi, ölkədə gəzən, amma təkzib olunmayan şayiələrə görə, FETÖ örgütü ilə əlaqə qurub, onları bəslədiyinə görə, Prezident tərəfindən vəzifədən qovulan Əli Məhəmmədəli oğlu Həsənovun həyat yoldaşı Sona Vəliyeva da vaxtı ilə "Kaspi" Təhsil Mərkəzində 500 min manatdan çox pulun mənimsənilməsində ittiham olunan şəxslər tərəfindən məhkəmədə dindirilməsini tələb etmişdilər, o vaxt Sona Vəliyeva da məhkəməyə gətirilməmişdi. Sonra isə necə olduğu, nə baş verdiyi hər kəsə bəlli oldu!
Deməli, Sona Vəliyeva ilə qudası Səttar Möhbalıyevin eyni cinayəti törətmiş cinayətkarlar tərəfindən məhkəməyə dindirilmək üçün çağırılması tələbi arasındakı paralellər tam aydın görünür.
Sərvətləru milyardlarla ölçülən AHİK təşkilatı və onun sədri Səttar Möhbalıyev hazırda mühasibatlıqlar vasitəsilə, zorla 2,5 milyon nəfərin cibinə girir və hər ay onlardan 10 milyon manatdan çox pul oğurlayıb mənimsəyir...
Mirdaməd