Bayden səhnəyə çıxarkən iki dəfə büdrəyib - VİDEO



 

ABŞ prezidenti Co Bayden Pensilvaniya ştatının Filadelfiya şəhərində keçirilən tədbirdə iqtisadiyyatla bağlı çıxış etmək üçün səhnəyə çıxarkən iki dəfə büdrəyib.

"SeherXeber.org" xəbər verir ki, bu barədə görüntünü “The New York Post” yayıb. 

Amerika lideri beş pilləli pilləkənlə qalxmaq istəyərkən iki dəfə müvazinətini itirib. Lakin o, məhəccərdən tutaraq özünü yıxılmaqdan saxlaya bilib.