Konqoda quldurlar qızıl mədəninə hücum edib



 

Konqo Demokratik Respublikasının (KDR) şərqində yerləşən qızıl mədəninə quldurların hücumu nəticəsində 4 nəfər ölüb.

“Ölkə.az” xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Məlumata görə, ölənlərdən ikisi Çin vətəndaşları olan mədən mütəxəssisidir. Quldurların daha 3 nəfəri yaraladığı bildirilir.

Hücum Cənubi Kivu vilayətinin cənubunda baş verib. Quldurlarla obyekti mühafizə edən hərbçilər arasında atışma olub. Hücum edənlər külli miqdarda nağd pul və digər qiymətli əşyaları ələ keçirə biliblər.