ABŞ Konqresinə İsrailə hərbi yardım layihəsi təqdim edildi



 

ABŞ Konqresinə “Dəmir Qübbə”nin hava hücumundan müdafiəsi üçün İsrailə 2 milyard dollarlıq hərbi yardım göstərilməsi haqqında qanun layihəsi təqdim edilib.

“Ölkə.az” xəbər verir ki, bu barədə sənədin müəllifi, konqresmen Klaudiya Tenni bəyanat yayıb

Bildirilib ki, qanun layihəsi artıq ABŞ Konqresinin hər iki partiyasından ondan çox konqresmen tərəfindən dəstəklənib.