Netanyahunun oğlu cəbhəyə göndərilib



 

İsrailin baş naziri Benyamin Netanyahunun oğlu, 29 yaşlı Avner Netanyahu səfərbər olunaraq cəbhəyə yollanıb.

"Ölkə.az" xəbər verir ki, Avner baş nazirin üç övladının ən kiçiyidir. Ondan başqa siyasətçinin 45 yaşlı qızı və 32 yaşlı oğlu da var.

Avnerin konkret olaraq harada xidmət keçəcəyi və antiterror əməliyyatı zamanı nə edəcəyi barədə məlumat verilmir.