İsrailin cənubunda 200 nəfərin cəsədi tapıldı



 

İsrailin cənubundakı Kfar-Aza qəsəbəsində 200 cəsəd tapılıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə i24 kanalı məlumat yayıb.

İsrail Müdafiə Qüvvələri bildirib ki, HƏMAS yaraqlıları qəsəbədə evlərə soxularaq insanları öldürüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları meyitləri evlərdən çıxarmağa davam edir.

Ölənlərin sayının artacağı istisana edilmir.

Ölənlər arasında körpələr də daxil olmaqla 40-a yaxın uşaq var.(APA)