DTX videosu İsrail-Fələstin münaqişəsi ilə səhv salındı - FOTO



 

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin Qarabağdakı qondarma rejimin keçmiş separatçı liderlərinin saxlama videolarının HƏMAS qruplaşması tərəfindən əsir götürülmüş İsrail generalları kimi təqdim edildiyi bildirilir.

Ölkə.Az xəbər verir ki, sözügedən xəbərin İran televiziya kanalının efirində yer aldığı söylənilir. Belə ki, bununla bağlı farsdilli səhifələrdən biri məlumatın feyk olduğunu izləyiciləri ilə bölüşüb.

Eyni zamanda ingiltərəli iş adamı Cim Ferqusonun da DTX videosunun skrinşotunu paylaşaraq görüntülərin İsrail-Fələstin münaqişəsi fonunda baş verən hadisə kimi təqdim edib.

Həmin görüntüləri təqdim edirik: