Trampdan “xəyanət” açıqlaması: HƏMAS-ın İsrailə hücumunun səbəbi budur



 

Fələstin-İsrail müharibəsinin yenidən alovlanması, ABŞ prezidenti Co Bayden administrasiyasının İrana məxsus 6 milyard dollarlıq aktivinə qoyulan qadağanı aradan qaldırmasının nəticəsidir.

“Ölkə.Az” xəbər verir ki, belə bir bəyanatla ABŞ-nin keçmiş prezidenti Donald Tramp çıxış edib.

“Bu müharibə ABŞ-nin 6 milyard dolları dondurulmuş aktivdən istifadəyə icazə verilməsidir”, - Tramp Ayovadakı tərəfdarları qarşısında çıxışı zamanı deyib.

Ağ Evin keçmiş sahibinin fikrincə, indiki şəraitdə ABŞ və İsrailin “xüsusilə sıx əməkdaşlığa və liderliyə” ehtiyacı var.

Tramp belə bir missiyanı yerinə yetirməyə hazır olduğunu bəyan edib: “Güclü liderlərin olmadığı halda, nə qədər tankınızın olmasının əhəmiyyəti yoxdur”.

O həmçinin əminliklə bəyan edib ki, varisi Baydenin İsrailə xəyanət etdiyindən belə bir müharibəyə imkan yaradıb. 

Mürtəza
Ölkə.Az