İsraildə 48 saatda səfərbər edilən əsgər sayı açıqlandı



 

İsrail ordusu 48 saat ərzində 300 min ehtiyatda olan əsgəri səfərbər etdiyini açıqlayıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun rəsmi nümayəndəsi Daniel Həcəri jurnalistlərə açıqlaması zamanı bildirib:

"Biz heç vaxt bu qədər tez ehtiyatda olan əsgərləri səfərbər etməmişdik”.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb

HƏMAS qruplaşmasının hücumu nəticəsində İsrail ərazisində həlak olanların sayı 700-ü ötüb.