Polşa bu obyekti Rusiyanın əlindən aldı



 

Polşa Rusiya səfirliyindən ələ keçirdiyi istirahət mərkəzini hərbçilərə təhvil verib.

Publika.az "Yevropeyskaya Pravda"ya istinadən xəbər verir ki, Polşa hakimiyyəti əvvəllər Rusiya səfirliyinə məxsus olan Skubiankadakı istirahət mərkəzini Ərazi Müdafiə Qüvvələrinə vermək qərarına gəlib.

Obyektin hərbçilərə təhvil verilməsi mərasimində Polşanın müdafiə naziri Mariuş Blaşçak iştirak edib.

Nazir bildirib ki, bu ərazilərdə hərbi ərazi müdafiəsi təlimləri keçiriləcək.

Qeyd edək ki, 1980-ci illərdə Rusiya səfirliyi Varşava yaxınlığındakı Skubianka ərazisində istirahət mərkəzini icarəyə götürüb. 2010-cu ildə icarə müqaviləsi bir daha uzadılıb.

Dövlət Meşə Təsərrüfatı Direktoru Jozef Kubica 2022-ci il aprelin ortalarında Varşavanın Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən icarə müqaviləsini birtərəfli qaydada ləğv etdiyini bildirib.