Fransada bütün işçilər ümummilli tətilə çağırıldı



 

Fransanın aparıcı həmkarlar ittifaqları - Ümumi Əmək Konfederasiyası (CGT) və Fransa Demokratik Əmək Konfederasiyası (CFDT) bütün işçiləri oktyabrın 13-də ümummilli tətilə çağırıb.

Axar.az xəbər verir ki, bu barədə həmin təşkilatların rəhbərləri “La Tribune Dimanche” qəzetinə birgə müsahibədə bildiriblər.

“Biz hər yerdə işçiləri işəgötürənlərə təzyiq göstərmək üçün oktyabrın 13-də tətilə çıxmağa çağırırıq”, - CGT rəhbəri Sofi Binet qeyd edib.

CFDT-nin baş katibi Marilize Leonun sözlərinə görə, oktyabrın 13-də “həddini aşmadan məsuliyyətlə hərəkət etmək lazımdır”.

Binet və Leon bildiriblər ki, əsas tələblər maaşların artırılması, kişilər və qadınlar arasında əmək haqqı bərabərliyinin yaradılması olacaq.