592-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı



 

Rusiya müharibənin 592-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 487 təyyarəsi, 250 helikopteri, 7635 PUA-sı, 441 zenit-raket kompleksi, 12 415 tank və digər zirehli texnikası, 1161 reaktiv yaylım atəş sistemi, 6685 artilleriya və minaatanı, 13 934 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.