Netanyahu xalqa SƏSLƏNDİ: "Bizi çətin günlər gözləyir, amma..."



 

"İsrailin Fələstinin radikal HƏMAS təşkilatına qarşı hərbi əməliyyatı uzun və mürəkkəb olacaq".

"Ölkə.az" xəbər verir ki, bunu İsrailin baş naziri Binyamin Netanyahu xalqa televiziya ilə müraciətində deyib.

"Mən indi bütün İsrail vətəndaşlarına müraciət edirəm: biz bu müharibədə birlikdəyik, bu müharibə vaxt aparacaq, çətin olacaq. Bizi çətin günlər gözləyir, amma mən bir şeyə söz vermək istəyirəm: Allahın köməyi ilə, ümumi səylərimizlə, İsrailə olan inancımız sayəsində biz qalib gələcəyik", - baş nazir bəyan edib.

Xatırladaq ki, oktyabrın 7-də Həmas İsrailə 5000 mindən çox raket atıb və "Əl-Əqsa Daşqını" əməliyyatının başladığını elan edib. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.

İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatını “Dəmir qılınclar” adlandırıb.

Hücumlara cavab olaraq İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın 21 hədəfinə zərbələr endirib.(Publika.az)