Rusiya ilə münasibətlər tamam məhv olub - Suzuki



 

Son bir ildə Rusiya Prezidenti Vladimir Putin və Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin inkişaf etdirdiyi münasibətlər tamam məhv edilib.

"Ölkə.az" xəbər verir ki, bu sözləri Yaponiya parlamentinin Müşavirlər Palatasının üzvü Muneo Suzuki Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçevlə görüşü zamanı deyib.

“Cənab Abe və cənab Putin tərəfindən Rusiya-Yaponiya münasibətlərinin möhkəmləndirilməsi və inkişafı baxımından qurulan hər şey son bir il ərzində praktiki olaraq məhv edilib”, - Suzuki paylaşıb.

O, Rusiya-Yaponiya münasibətlərinin əvvəlki vəziyyətə qayıdacağına ümid etdiyini bildirib.