Serb qüvvələri geri çəkildi - Vedant Pate



 

Serb qüvvələri Kosova ilə inzibati sərhəddən qismən geri çəkilib və ABŞ gərginliyin daha da azalmasını gözləyir.

"SeherXeber.org" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel brifinqdə deyib.

Qeyd edək ki, Kosova Baş naziri Albin Kurti sentyabrın 24-nə keçən gecə saat 3:00 radələrində regionun şimalındakı Leposaviç bələdiyyəsinin Banska kəndi yaxınlığında naməlum şəxslərin Kosova polis əməkdaşlarına atəş açdığını bildirmişdi. Kosova Prezidenti Vyosa Osmani hücumda “serb cinayətkar dəstələrini” günahlandırmışdı. Bundan sonra tərəflər arasında gərginlik artmışdı.(axar.az)