İsrail İrana rəğmən regionda sülhə nail olmaq niyyətindədir



 

İran İsrailin region ölkələri ilə münasibətlərini normallaşdırmaq səylərini sarsıtmağa çalışır, lakin yəhudi dövləti Yaxın Şərqdə sülhə nail olmaq səylərini davam etdirəcək.

"SeherXeber.org" xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant bildirib.

Qeyd edək ki, iki ölkə arasında gərginlik davam etməkdədir. İranın dini lideri və rəhbəri Əli Xameneyi bəzi dövlətlərin İsraillə dialoqun normallaşdırılmasına dair addımlarının uğurlu alınmayacağını bildirib.