Moldova səfiri Rusiya XİN-ə çağırıldı



 

Moldovanın Rusiyadakı səfiri Lilian Darius Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona qarşı etiraz edilib.

"Ölkə.az" xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Səfirə Moldovada rusdilli KİV-lərə qarşı siyasi motivli təqiblərlə bağlı kəskin etiraz bildirilib.