Hikmət Hacıyev: "Ermənistanda baş verən son proseslər bu ölkənin Suriyaya bənzədiyini deməyə əsas verir"



 

"Ermənistanda baş verən son proseslər bu ölkənin Suriyaya bənzədiyini deməyə əsas verir".

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Ermənistanın davranışları regionumuz üçün faydalı deyil:

"Təəssüflər olsun ki, bəzi qüvvələr öz problemlərini regionumuza ixrac etmək istəyirlər. Cənubi Qafqaz regionunun buna ehtiyacı yoxdur. Azərbaycan 3+3 platformasının tərəfdarı və təşəbbüskarıdır".