"Zenit"in və Rusiya millisinin keçmiş qapıçısı Vyaçeslav Malafeyev həyat yoldaşı Yekaterina Malafeyevadan boşanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Yekaterina Malafeyeva açıqlama verib.
Ətraflı
Yekaterina Malafeyeva boşanma səbəblərini açıqlamayıb: "Bizim hekayəmiz bitdi. Dünən bizim ailə üçün qeyri-adi bir gün idi. Boşandıq. Sevgimiz dostluğa çevrildi".
Qeyd edək ki, Vyaçeslav Malafeyev karyerası ərzində yalnız "Zenit"də çıxış edib (1997-2016). O, Sankt-Peterburq klubu ilə 4 dəfə Rusiya çempionu, 3 dəfə Rusiya kubokunun, 3 dəfə Rusiya Superkubokunun, UEFA kuboku və UEFA Superkubokunun qalibi olub. 44 yaşlı veteran qapıçı Rusiya millisində 30 oyun keçirib.