Ermənistan təxribata aktiv hazırlıq görür - VİDEOLAR



 

Ermənistanda elan olunmamış səfərbərlik sürətlə davam edir.

Ölkə.Az xəbər verir ki, bu barədə sosial mediada görüntülər yayılıb.

Qarabağda isə erməni quldur dəstələrinin qalıqları mühəndislik işləri apararaq mövqelərini möhkəmləndirirlər.

Bundan əlavə, Ermənistanda aktiv şəkildə təkərlərin yığılmasına başlanıb.

Xatırladaq ki, Ermənistanın Azərbaycanla şərti sərhəddə 1,2,3 və 4-cü hərbi korpusları fəal şəkildə gücləndirir, həmçinin son həftələr İran ərazisindən zirehli texnika və artilleriya mərmilərinin hərbi birləşmələrə çatdırılır.

İrəvandan böyük hərbi karvan Azərbaycanla şərti sərhədə doğru irəliləyir.