Qərb “ədaləti”: Azərbaycana qarşı qərəz, Xankəndi “detalı”



 

BBC telekanalı Qarabağdakı “humanitar böhran”la bağlı süjet nümayiş etdirib. Şərhçi qismində iki erməni fəal cəlb edilib: biri diasporadakı radikal cərəyanı təmsil edir, ikincisi isə Qarabağdakı qanunsuz rejimdə qondarma vəzifədə olmuş şəxs.

Ölkə.Az bildirir ki, Qərb mediasının ekranının mərkəzində yer alan Serj Tankiyan Livan əsilli Los-Ancelesdən olan musiqiçi, ABŞ-də “erməni soyqırımı”nın tanınması tələbi ilə kampaniyanın təşkilatçısıdır. Ondan sağda duran isə Azərbaycan cəmiyyətində də tanınan Artak Beqlaryandır. O, 2021-2022-ci illərdə Qarabağda uydurma “dövlət naziri” vəzifəsində çalışıb. 

Ötən ilin noyabrından avqustun 31-dək qondarma “dövlət naziri”nin müşaviri olub.

BBC bu iki spikerin çoxlu sənədsiz ittihamları fonunda azərbaycanlılara öz mövqelərini ifadə etmək imkanı verməyib.

Hekayənin müddəti 9 dəqiqədən çoxdur. Bu vaxtın 6 dəqiqəsi erməni fəalların çıxışları olub. Bəli, bu, onların təbirincə desək, obyektiv jurnalistikadır, qətiyyən təbliğat və təxribat xarakterli heç nə yoxdur. Təbii ki, bu, ironiyadır. Mövzu özlərinə sərf edəndə tam aydın şəkildə tərəfli mövqe nümayiş etdirirlər. Yox, əgər maraqlarına uyğun deyilsə, obyektivlikdən dəm vurub hər şeyi olduğu kimi göstərməyə cəhd edirlər. Əslində, elə Qərb mediası adəti üzrə bu yöndə işləyir. Sadəcə, taleyüklü məqamlarda maskası tam düşdüyündən hər şey gün kimi aydın olur.

Maraqlıdır ki, Beqlaryan çıxış edən zaman ekranın küncündə ərazinin adı Xankəndi qeyd olunub. Görəsən, Stepanakert yazmağı unudan BBC lazımi instansiyalara nə cavab verəcək? Və ya guya Xankəndi yazmaqla “obyektiv” olmağa çalışıbmı? Tragikomik vəziyyətdir… Hər halda BBC kimi nüfuzlu bir telekanalın bu qədər qərəzli, nöqsanlı, qeyri-obyektiv, tərəfli və s. olması göz önündədir.

Miri