Qurban Qurbanov haqqında bədii film çəkilir - Eksklüziv



 

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov haqqında bədii film çəkilir.

SeherXeber.org -ın əldə etdiyi məlumata görə, filmdə futbol mütəxəssisini ayrı-ayrı yaş dövrünü 4 fərqli aktyor canlandırır.

Çəkilişlərə artıq start verilib.

Qurban Qurbanovun 2017-ci ildən sonrakı dövrünü aktyor Səmimi Fərhad canlandıracaq.

Onun oynadığı səhnələrin çəkilişləri sentyabrın 13-dən başlayacaq.

Çəkilişlər Bakı və Zaqatalada aparılır.

Filmin quruluşçu rejissoru Əli-Səttar Quliyevdir.