TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Bayram Cabbarovu direktor vəzifəsinə hansı şərtlə təyin edib?



 

Yeni direktor Bayram Cabbarov sabiq direktor Nurəngiz Bəşirovanın kadrlarını himayə edəcək

Uzun müddət, yəni 30 ilə yaxın Xocavənd xəstəxanasının baş həkimi vəzifəsində işləmiş, adı müxtəlif tibbi maxinasiyalarda hallanan, hətta xəstəxanada doğulmamış uşaqlara saxta sənəd düzəldib, dövlətdən pul çəkdiyinə görə, 2016-2017- cı illərdə haqqında Ağcabədi rayon prokurorluğunda cinayət işi başlanan və buna görə işdən azad olunan, cinayət işi müəmmalı şəkildə ortadan çıxandan sonra, guya bəraət alıb, yenidən Xocavənd xəstəxanasına baş həkim təyin olunan Nurəngiz Bəşirova xəstəxana işçiləri tərəfindən etirazla qarşılanır.00:20:41
İşçilərin etirazlarının səngimədiyini, yuxarı dövlət orqanlarına hər gün yazılar getdiyini görən N. Bəşirovanın daimi himayəçisi FHN rəhbəri Kəmaləddin Heydərov ( nazirin arvadı ilə qohumluq əlaqəsinə görə) 2020-ci ilin fevral ayında TƏBİB-in icraçı direktoru tərəfindən Beyləqan mərkəzi xəstəxanasına direktor təyin etdirir.
Bu təyinat Beyləqan ictimaiyyətinin və xəstəxanada çalışan 500 nəfərdən çox tibbi personalın narazılığına səbəb olur. Bu hadisə Azərbaycan mediasında geniş rezonans verir və Nurəngiz Bəşirova ölkə mediasında gedən bu yazılara əhəmiyyət vermədən ilk gündən rüşvətxorluq və korrupsiya əməlini sürətlə davam etdirir. Bu məqsədlə Beyləqan xəstəxananda vəzifələrdə çalışan bütün həkimləri, tibbi heyəti və xadimləri N. Bəşirova sorğu-suala tutaraq, onları günahlandırır və işdən azad edilməklə hədələyib həkimlərə və bütün işçilərə işlərində dönüş etmək üçün (əslində, rüşvət almaq üçün) şərait yaradır.
Bir sözlə, Beyləqan xəstəxanasına yeni direktor təyin olunmuş Nurəngiz Bəşirova həm köhnə işçilərdən şantajla rüşvət alır, həm də TƏBİB rəhbərindən aldığı xeyli sayda mühafizəçi, sürücü və 200-ə yaxın digər vəzifələri 5 -10 min manat arası pulla satıb.
Bundan əlavə, xəstəxanada çalışan həkimlərin və digər işçilərin dediyinə görə, direktor N. Bəşirova xəstəxananın bütün şöbələrinə, cərrahlara, doğum şöbəsinə yüksək rəqəmli aylıq rüşvət təyin edib və hər ay onlardan külli miqdarda pul alıb.
Məlumatı verən mənbə bildirir ki, Nurəngiz Bəşirova Beyləqan xəstəxanasında direktor vəzifəsində işlədiyi 3 il 4 ay ərzində 9(doqquz) milyon rüşvət yığıb, xəstə və işdən qanunsuz çıxarılan çoxsaylı şikayətlərə baxmayaraq, rayon rəhbərliyi və TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vətəndaşların şikayətlərinə heç bir əhəmiyyət verməyiblər.
Nəticədə bu ilin aprel ayında işdən qanunsuz çıxarılan bir neçə tibb işçisi direktor N. Bəşirovanın qanunsuz əməllərindən Baş prokurorluğa və rayon məhkəməsinə şikayət ərizəsilə müraciət ediblər, direktorun cinayət tərkibli əməlləri barədə mətbuata ardıcıl açıqlama veriblər.
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Beyləqan rayon xəstəxanasının direktoru N. Bəşirovanın vəziyyətinin çətin olduğunu görərək, dərhal onu vəzifəsindən azad edir, həkimlərin və digər işçilərin sayı Beyləqan xəstəxanasından bir neçə dəfə çox olan Bakı şəhər 3 saylı Sabunçu xəstəxanasına direktor təyin edir.
TƏBİB-in icraçı direktoru V. Qurbanov Beyləqan xəstəxanasında Nurəngiz Bəşirovanın törətdiyi cinayətlərin üstünü örtmək məqsədilə xəstəxananın baş həkimi Bayram Cabbarovu direktor təyin edir. V. Qurbanov yeni direktor təyin etdiyi B. Cabbarova tapşırır ki, sabiq direktor Nurəngiz Bəşirovanın rüşvətlə vəzifəyə təyin savadsız, adi iynə vurmağı bacarmayan kadrları işdən çıxarmasın, onları ilin sonuna kimi işdə saxlasın. Bundan əlavə, Bayram Cabbarova tapşırılıb ki, Nurəngiz Bəşirovanın təyin etdiyi aylıq "hesabları" yığıb özünə versin...
    (Ardı var)
Mirdaməd