Sabiq birinci müavin meriyaya qarşı iddia qaldırdı



 

Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verilib.
 
İddiaçı Mütəllimli Mətləb Əzizulla oğludur.
 
Onun iddiası Bakı İnzibati Məhkəməsinin hakimi Ləman Musayevanın icraatındadır.
 
İşin mahiyyəti İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən ibarətdir.
 
Mətləb Mütəllimli kifayət qədər tanınmış şəxsdir. O, 1992-ci ildə Baş prokurorun birinci müavini, 1990-1995-ci illərdə Azərbaycan Ali Sovetinin XII çağırış, 1995-2000-ci illərdə Milli Məclisin I çağırışı deputatı olub.
 
Mətləb Mütəllimli 1994-cü ildə Sosial Ədalət Partiyasının təsis edib. Partiya 2023-cü ildə fəaliyyətini dayandırıb. Partiya yaranandan fəaliyyətini dayandırana qədər sədri Mətləb Mütəllimli olub.
"SeherXeber.org"