Dostum Putinə inanıram, onunla danışacağam - Ərdoğan



 

“Taxıl Müqaviləsi uğurlu diplomatiya nümunəsi kimi tarixə düşüb. İnanıram ki, dostum Putin bu humanitar körpünün (taxıl dəhlizinin) davam etməsini istəyir və mən səfərdən qayıdan kimi onunla danışıqlar aparacağam. Avqustda bir araya gələndə bu məsələləri müzakirə etmək imkanımız olacaq”.

"SeherXeber.org" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz səfərindən əvvəl mətbuat konfransı zamanı deyib.

O həmçinin bildirib ki, birgə investisiyalar və kommersiya fəaliyyəti gündəmdədir.

"Körfəz ölkələri ilə ikitərəfli ticarətin həcmi 1,6 milyard dollardan 22 milyard dollara yüksəldi. İslam dünyasındakı böhranlar Türkiyə ilə Körfəz ölkələri arasında sıx məsləhətləşmə və əməkdaşlıq tələb edir", - o deyib.