Standartlara uyğun olmayan nömrələrlə maşın sürənlər 100 manat cərimə ediləcək



 

Standartlara uyğun olmayan nömrələrlə maşın sürənlər 100 manat cərimə ediləcək.

SeherXeber.org -ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliyi təsdiq edib.

Dəyişikliklə mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsini idarə edənlər 100 manat cərimələnəcək.