AHİK-də ciddi qanun pozuntusu: Səttar Möhbalıyev cinayət edir - Araşdırma
Bəlkə də Azərbaycan yeganə ölkədir ki, bu ölkədə fəaliyyət göstərən Azərbaycan Həmkarlar İttifaqları öz üzvlərinin hər ay 1-3 faiz əmək haqqından "dinmə, ver" tutur, amma üzvlərin əmək hüququnu, istirahət hüququnu qorumur.
Elektron poçtumuza gələn şikayət məktublarının sayı həddindən çoxdur. Bu şikayət məktubları 30 ildir AHİK sədri vəzifəsini ələ keçirən, Naxçıvandan 6 dəfə MM-ə millət vəkili təyin olunan Səttar Möhbalıyevin cinayət əməllərindən bəhs edir.
Sabirabaddan bir qrup müəllim yazır ki, hörmətli redaksiya, uzun müddətdir həmkarlar təşkilatına ərizə ilə müraciət etməsək də, hər ay əmək haqqımızdan 2 faiz pul tutulur. Müəllimlərin əmək haqqı digər peşə sahiblərinə nisbətən artıb, indi çox az müəllim tapılar ki, onun əmək haqq 500(beş yüz) manatdan aşağı olsun. Bizim hər birimiz hazırda 600-800 manat civarında əmək haqqı alırıq. Maarif sektoru hər ay əmək haqqımızın 2 faizini tutub həmkarların hesabına köçürür.
İl ərzində həmkarların hesabına bir müəllim 150-200 manat pul köçürür, amma nə 50 manatlıq yardım alır, nə sanatoriya və pansionata istirahətə getmir, nə də əmək hüquqları həmkar təşkilatı tərəfindən müdafiə olunmur. Lakin AHİK-in fəaliyyətinə diqqət yetirəndə minlərlə yüksək əmək haqqı alan, kabinetlərdə hərtərəfli şəraitdə yaşayan, xarici lüks avtomobillərdə gəzən 26 sahə həmkarlar ittifaqlarının sədrləri və məmurları kef içində, zəngin yaşayırlar.
AHİK sədri Səttar Möhbalıyev özünü imperiya sahibi kimi aparır. Ölkə Prezidenti cənab İlham Əliyevin göstərişi əsasında bütün nazirlər, komitə sədrləri, agentlik rəhbərləri, icra başçıları və digərləri hər həftə qəbul və səyyar müşavirə keçirdiyi halda, Səttar Möhbalıyev COVİD-19 bəhanə edərək, hələ də qəbul keçirmir.
Hər kəsə məlumdur ki, ölkə Prezidentiinin əmək haqqları artırması hesabına hər il həmkar üzvlərindən toplanan pulun miqdarı da artır. Keçən ilin hesablamalarına görə, AHİK-ə daxil olan 26 sahə üzrə həmkarlar təşkilatları sıralarında 2 milyondan çox üzvdən üzvlük haqqı tutulur.
Orta hesabla ölkə üzrə hər ay ilk həmkarlar təşkilatlarından 4-7 milyon manat üzvlük haqqı toplanır. Əslində, bu qədər pulun böyük hissəsi həmkar üzvlərinin sanatoriya, pansionat yollayışlarına və müalicəvi profilaktikasına sərf olunmalıdır. Lakin sərf olunmur, mənimsənilir. Məlumdur ki, hər kəs yayın isti günlərində məzuniyyətə çıxır, sanatoriya müalicəsinə gedir və ya səyahətə can atır.
Keçirdiyimiz sorğu nəticəsində məlum olub ki, AHİK sədri Səttar Möhbalıyev "Həmkarlar haqqında" Azərbaycan Respublikası Qanunun müddəalarını kobud şəkildə pozaraq, bu il həmkarlar təşkilatlarının büdcəsinə toplanmış on milyonlarla pulu yayındıraraq, təyinatından kənar işlərə xərcləyir və ona görə də sıravi həmkar üzvləri sanatoriya yollayışı ala bilmir.
Səttar Möhbalıyev pulu təyinatdan kənar şəxsi işlərə sərf etdiyini ört-basdır etmək məqsədilə xalq arasında belə bir gülünc şayiə də yayıb ki, guya yuxarıdan ona "Ağdamın "İmarət" stadionunu tikmək tapşırılıb"!
AHİK-in əksər sahə həmkarlar təşkilatında çalışan rəhbər şəxslər hər məqamda şəhid ailələrinə yardım etdiklərini çox bəhanə edirlər və belə deməklə, işlərini bitmiş hesab edirlər. Şəhid ailələri arasında apardığımız sorğu zamanı məlum olub ki, yerli sahə həmkarlar təşkilatlarının rəhbərləri şəhid ailələrinə göstərdikləri cüzi yardımdan sui-istifadə edirlər, xüsusən sıralarında 200 mindən çox təhsil işçilərini birləşdirən Təhsil İşçiləri Həmkarlar İttifaqı, bu təşkilata birbaşa rəhbərlik edən də AHİK sədri Səttar Möhbalıyevin özüdür...
(Ardı var)