Ərdoğan Baydenə: "Əvvəlki görüşlərimiz isinmə hərəkətləri kimi idi, indi isə..."



 

"Əvvəlki görüşlərimiz isinmə hərəkətləri kimi idi, indi isə yeni prosesə başlayırıq".

SeherXeber.org xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Litvada NATO-nun Vilnüs sammiti çərçivəsində ABŞ Prezidenti Cozef Baydenlə görüşündə deyib.

"Yenidən seçilməyimlə əlaqədar zəng edib çatdırdığınız təbrikə görə öz adımdan və millətim adından təşəkkürümü bildirirəm. Hesab edirəm ki, strateji mexanizm çərçivəsində dövlət başçıları səviyyəsində məsləhətləşmələrin vaxtı çatıb və bu gün keçirilən bu görüşü buna doğru ilk addım kimi görürəm. Əvvəlki görüşlərimiz isinmə hərəkətləri kimi idi, indi isə yeni prosesə başlayırıq. Mənim üçün bu yeni proses 5 illik prosesdir, sizin də seçki hazırlıqlarınız var, bu seçki hazırlıqlarınızla əvvəlcədən sizə uğurlar arzulayıram", - Ərdoğan bildirib.