İndoneziya İran bayraqlı tankeri ələ keçirdi



 

İndoneziya sahil mühafizəsi qeyri-qanuni neft daşımalarında şübhəli bilinən İran bayraqlı tankeri ələ keçirib.

SeherXeber.org xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə İndoneziya Dəniz Təhlükəsizliyi Agentliyinin sədri Aan Kurnia məlumat verib.

“272 569 ton xam neft daşıyan "Arman 114" tankeri iyulun 7-də icazəsiz olaraq Kamerun bayraqlı gəmiyə neft çatdırarkən tutulub.

Malayziya sularına qaçmağa çalışan tankerlər Malayziya qruplarının köməyi ilə təqib edilib. Tanker yanlış yeri göstərərək dəniz qaydalarını pozub.

Hadisəyə qarışan Kamerun bayraqlı gəminin 2018-ci ildə ləğv edilməsinə qərar verilib”,- deyə o qeyd edib.

Aan İndoneziya sahil mühafizəsinin patrulları artıracağını bildirib.