Rusiyadan fəlakət gətirəcək addım: bu tarixdə… - Kəşfiyyat məlumatı



 

Rusiya 3 iyuldan 6-dək Zaporojye vilayətindəki atom elektrik stansiyasına zərbə endirməyə hazırlaşır.

SeherXeber.org xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə yaxın mənbə bu barədə AZfront-a məlumat verib.

May-iyun aylarında həmin mənbə daha sonra Fransa silahlarının Ermənistana tədarükü, rusların Qarabağdakı erməni separatçılarına kəşfiyyat və zərbə vuran pilotsuz uçan aparatların ötürülməsi barədə məlumatları təsdiqləyib.

İyulun 1-də Ukrayna prezident Zelenski bildirib ki, Rusiya Federasiyası Zaporojye Atom Elektrik Stansiyasında (ZNPP) local partlayış təşkil etməyə hazırdır. Partlayış uzaqdan həyata keçirilə bilər.

Bu gün məlum olub ki, keçən həftə sözügedən ərazini tərk edən birinci qrupun (təxminən 100 nəfər) ardınca Rusiya xidmətinin ikinci qrupu çıxıb.

Məlumata görə, Ukrayna hakimiyyətinin nüvə fəlakətinə hazırlaşdığını göstərən məxfi sənədlər dərc ediləcək.

Mirzə