Ərdoğan Türkmənistan prezidenti ilə danışıb



 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə telefon danışığı aparıb. 

SeherXeber.org “Sabah” qəzetinə istinadla xəbər verir ki, görüş zamanı liderlər qarşılıqlı olaraq Qurban bayramının bütün bəşəriyyətə, xüsusilə İslam dünyasına sülh, əmin-amanlıq və bolluq gətirməsini arzulayıblar.

Həmçinin Türkiyə-Türkmənistan dostluğu və regional məsələlər də müzakirə edilib.

Günay