Dünyada ən yüksək maaş alan baş direktorlar - SİYAHI



 

Sinqapur Hava Yollarının (Singapore Airlines) baş direktoru Qo Çun Fonq sənayedə ən yüksək maaş alan rəhbərlərdən biri seçilib.

KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, baş direktor son maliyyə ilində təxminən 5 milyon dollar qazanıb ki, bu da əvvəlki illərlə müqayisədə 86% artım deməkdir.

Pandemiya böhranından rekord illik mənfəətlə çıxdıqdan sonra Sinqapurda yerləşən şirkət işçilərinə təxminən səkkiz aylıq əmək haqqı məbləğində bonus ödəyəcəyini bildirib.

Agentliyin məlumatına görə,  “Singapore Airlines”in baş direktorunun maaşı Amerika aviaşirkətlərinin rəhbərləri səviyyəsinə çatmasa da, o, əksər digər şirkətləri qabaqlayır.

Şirkətin sənədlərinə və illik hesabatlara görə, “United Airlines”dən Skott Kirbi 9,8 milyon dollar, “Delta Air Lines”dən Ed Bastian 9,6 milyon dollar, “British Airways”dən Luis Qaleqo 3,3 milyon dollar və “Qantas Airways”dən Alan Coys maaşına görə tənqid edilib.