Kreml bu şəxsi prezidentliyə hazırlayır - Fransa mənbəsi



 

Kreml Qırğızıstanın baş nazirinin müavini və Milli Təhlükəsizlik Komitəsinin (MTK) sədri Taşiyevi ölkə prezidentliyinə hazırlayır. 

SeherXeber.org xəbər verir ki, bu barədə Fransa xüsusi xidmət orqanlarının ruporu olan “Intelligence Online” məlumat yayıb.

Nəşr qeyd edir ki, Putin həmkarı, Qırğızıstan Prezidenti Sadır Japarovdan daha çox Kamçıbek Taşiyevlə məşğul olmağa meyillidir.

Artıq prezidentin kölgəsində olan bir sıra strateji qərarlara “de-fakto” nəzarət edən MTN rəhbəri 2027-ci il prezident seçkilərini göz önündə saxlamaqla mümkün baş nazir təyinatı üçün pərdəarxası dəstəyini gücləndirir.