Zelenski Xorvatiyaya təşəkkür etdi



 

Xorvatiya 1932-1933-cü illərdə baş verən Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyıb. Ölkə parlamenti bununla bağlı müvafiq bəyannamə qəbul edib.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz “Twitter” səhifəsində məlumat verib.

Zelenski bu qərara görə Xorvatiyaya təşəkkür edib.

“Mən bu tarixi səsverməyə görə Xorvatiyaya minnətdaram. Dünya Kremlin nə keçmiş, nə də indiki cinayətləri ilə barışacaq”, - deyə Zelenski qeyd edib.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da tarixi qərara və Qolodomor qurbanlarının xatirəsini yad etdiyinə görə Xorvatiya parlamentinə təşəkkürünü bildirib.

“2022-ci ilin noyabr ayına qədər 15 ölkə Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıdı. O vaxtdan bəri daha 12 ölkə qoşuldu. Mən onlara xahişlərimizi nəzərə aldıqları üçün təşəkkür edirəm və başqalarını da qoşulmağa çağırıram. Qolodomorun Ukrayna xalqının soyqırımı kimi tanınması qurbanların hörmətlə yad edilməsi deməkdir”, - deyə Kuleba öz “Twitter” səhifəsində yazıb.