Rusiyanı bir-birinə qatan "Vaqner" haqqında bilmədikləriniz 6 sual-cavabda



 

Vladimir Putinin Krımı ələ keçirməsindən sonra Kremlin gizli gücü olan rus muzdlu qruplaşması nəhayət ki, öz ölkəsini alt-üst etdi. 

Görünür, Rusiya hökuməti muzdlu “Vaqner” qrupunu ləğv edir. Rusiya Müdafiə Nazirliyi qruplaşmanın ağır silah və hərbi texnikasını geri alacağını açıqlayıb.
Nazirlik bu qərarı təxminən 5 min döyüşçü ilə Moskvaya qədər irəliləyən, lakin paytaxtın 200 kilometrliyində dayanan Vaqner komandiri Yevgeni Priqojinin üsyanından sonra qəbul edib.

SeherXeber.org “Vaqner” haqqında bir sıra faktları təqdim edir:

1. “Vaqner” qrupu nədir və nə qədər böyükdür?

“Vaqner" qrupu ilk dəfə 2014-cü ildə Ukraynanın şərqində rusiyayönlü separatçı qüvvələrə dəstək verməyə başlayanda gündəmə gəlib. Qrupun elə həmin il Rusiyaya Krımın ilhaqına kömək etdiyi güman edilir.

“Vaqner” qüvvələri Afrika və Yaxın Şərqdə də fəaliyyət göstərir.

Ukrayna müharibəsindən əvvəl Vaqnerin təxminən 5000 döyüşçüsü olduğu güman edilirdi, onların əksəriyyəti keçmişdə Rusiyanın elit qoşunlarında və xüsusi təyinatlılarında xidmət etmişdi. Lakin zaman keçdikcə bu rəqəm xeyli artdı.

“Vaqner”in lideri Yevgeni Priqojin Moskvaya “Ədalət yürüşü”nə başladığını elan edəndə 25 min əsgərə komandanlıq etdiyini deyib.

Rusiyada muzdlular texniki cəhətdən qeyri-qanuni olsa da, “Vaqner” 2022-ci ildə şirkət kimi qeydiyyata alınıb.

ABŞ 2023-cü ilin yanvarında “Vaqner”i transmilli cinayət təşkilatı kimi tanıyacağını elan edib.

2. “Vaqner” Ukraynada nələr edib?

“Vaqner”in Rusiyanın Ukraynanın şərqindəki Baxmut şəhərinin ələ keçirilməsində böyük rolu olub.

Rusiya Müdafiə Nazirliyi əvvəlcə “Vaqner”in Ukraynadakı münaqişələrdə iştirak etməsini təkzib edirdi. Bu da Priqojinin Rusiya hərbi rəhbərlərinə qarşı narazılığını dilə gətirməsinə səbəb olmuşdu.

Priqojin “Vaqner” qoşunlarının döyüş sursatından məhrum olduqlarını deyərək, Rusiyanı Baxmutdan çıxmaqla hədələmişdi.

Rusiyanın Ukraynanı işğal etməsindən bir neçə həftə əvvəl “Vaqner”in Kremlin işğal üçün bəhanə kimi istifadə etmək üçün hücumlar təşkil etdiyi güman edilir.

“London Kings College”dən doktor Marina Mironun sözlərinə görə, Vaqner Ukraynadakı nizami rus qoşunlarına da rəhbərlik edib. O deyir ki, Kreml “Vaqner” yerdə nizam-intizamı gücləndirmək üçün istifadə edirdi.

3. “Vaqner” fəaliyyətinə nə vaxt başlayıb?

Yevgeni Priqojin 2014-cü ildə “Vaqner”i qurduğunu iddia edir. O, varlı iş adamı və məhkumluğu olan cinayətkar idi.

Priqojinin qurduğu yemək şirkəti Kremlə xidmət etdiyi üçün o, “Putinin aşpazı” ləqəbini qazanıb.

BBC-nin 2021-ci ildə apardığı araşdırma, keçmiş rus ordusunun zabiti Dmitri Utkinin “Vaqner”in yaradılmasında əli ola biləcəyini üzə çıxarıb.

Çeçenistanda rus ordusunda döyüşmüş Utkinin “Vaqner”in ilk səhra komandiri olduğu və qruplaşmanın adını köhnə radio zəngi ilə adlandırdığı güman edilir.

Priqojin 2022-ci ildə “Vaqner”ə rus məhbusları əlavə edərək qrupun döyüşçülərinin sayını artırıb.

ABŞ Milli Təhlükəsizlik Şurasının məlumatına görə, Ukraynadakı Rusiya qoşunlarının təxminən 80%-i “Vaqner” əsillidir.

4. Priqojin niyə rus komandirlərlə mübahisə edib?

Priqojin dəfələrlə Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovu səriştəsizlikdə ittiham edib. O, Rusiya Müdafiə Nazirliyinə “Vaqner”i birbaşa öz nəzarəti altına almağa imkan verən müqaviləni imzalamaqdan imtina edib.

İyunun 23-də Priqojin Rusiyanın yüksək səviyyəli müdafiə rəsmilərini bu dəfə Ukraynadakı “Vaqner” qoşunlarını bombalamaqda ittiham edib.
Bir gün sonra Priqojinin qoşunları Rusiyanın cənubundakı Rostov şəhərini ələ keçirərək, “hərbi rəhbərliyi işdən çıxarmaq” məqsədi ilə Moskvaya doğru irəliləməyə başlayıb.

Priqojin Belarus lideri Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə Kremllə danışıqlardan sonra irəliləyişi dayandırıb və ona sadiq olan "Vaqner"çilərlə Belarusa sürgünə getməyə razılıq verib.

Müqaviləyə əsasən, "Vaqner"in digər hissələri də Rusiyadakı nizami orduya qoşulacaq.

İğtişaşçılara qarşı ittihamlar isə ləğv edilib.

5. “Vaqner” başqa haralarda fəaliyyət göstərir?

“Vaqner”in muzdluları 2015-ci ildən bəri Suriyada hökumətyönlü qüvvələrlə birlikdə döyüşür və neft yataqlarını qoruyur.

Qrupun Liviyada general Xəlifə Haftara sadiq qüvvələrə dəstək verən qoşunları var.

Mərkəzi Afrika Respublikası da ölkədəki almaz mədənlərini qorumaq üçün Vaqnerdən istifadə edir. Qrupun Sudandakı qızıl mədənlərini də qoruduğu güman edilir.

Qərbi Afrikada Mali hökuməti Vaqnerdən müsəlman yaraqlı qruplara qarşı istifadə edir.

Son hadisələrdən sonra bütün bu birliklərə kimin komandanlıq edəcəyi hələlik bəlli deyil.

Priqojinin xaricdəki əməliyyatlardan pul qazandığı düşünülürdü. ABŞ Maliyyə Nazirliyi hesab edir ki, Priqojin mədən şirkətlərini zənginləşdirmək üçün Vaqnerdən istifadə edib. Bütün bu şirkətlərə qarşı sanksiyalar tətbiq olunur.

6. “Vaqner” birlikləri hansı cinayətləri törətməkdə ittiham olunurdu?

Ukrayna prokurorları bildirirlər ki, “Vaqner” qruplaşmasının üç muzdlusu 2022-ci ilin aprelində Rusiya hərbçiləri ilə birlikdə Ukraynanın paytaxtı Kiyev yaxınlığında dinc sakinləri öldürüb və onlara işgəncə verib.

Alman kəşfiyyatı isə 2022-ci ilin martında “Vaqner” qoşunlarının Buçada dinc əhalini qətlə yetirmiş ola biləcəyi qənaətindədir.

Birləşmiş Millətlər Təşkilatı və Fransa hökuməti “Vaqner” üzvlərini Mərkəzi Afrika Respublikasında mülki şəxsləri zorlamaqda və qarət etməkdə ittiham edib.

2020-ci ildə ABŞ ordusu “Vaqner”in muzdlularını Liviyanın paytaxtı Tripoli və ətrafına minalar və digər partlayıcı qurğular yerləşdirməkdə ittiham edib.

Billurə Yunus