Bayden müsəlmanların Qurban bayramını belə təbrik etdi



 

ABŞ Prezidenti Co Bayden müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib.

SeherXeber.org xəbər verir ki,  Bayden həm ABŞ-da, həm də dünyanın müxtəlif yerlərində yaşayan müsəlmanlar üçün uzun bayram mesajı yayımlayıb.

Həyat yoldaşı Gill Baydenlə Qurban bayramını qeyd edən hər kəsə ən xoş arzularını çatdıran Bayden bu bayramın Hz.İbrahim və ailəsinin Allaha sədaqətinin anıldığını, fədakarlığın və xeyriyyəçiliyin əhəmiyyətinin xatırlandığını qeyd edib.

Bayden bildirib ki, müsəlman icma liderləri bu il ilk dəfə olaraq vitse-prezident Kamala Harris və həyat yoldaşının ev sahibliyi ilə Ağ Evdə Qurban bayramını qeyd etmək üçün bir araya gələcəklər.
O, həmçinin  ABŞ-ın mədəni strukturunu zənginləşdirən və cəmiyyətə töhfə verən milyonlarla müsəlmanı qəbul etməkdən qürur duyduqlarını söyləyib.

Bayden təbrikində Qurban bayramı zamanı həyata keçirilən Həcc ziyarətinə də toxunub:

“Qurban bayramının ruhu qəlblərinizə və evlərinizə sevinc, əmin-amanlıq və birlik gətirsin. Ölkəmizdə "Hacı" adını qazanmış amerikalı müsəlman zəvvarlarımızı qarşılamağı səbirsizliklə gözləyirik. Onlara və bütün dünya müsəlmanlarına şən və dinc bir bayram arzulayırıq. Bayramınız mübarək!”

Billurə