Dünyanın ən ağıllı adamı: İllərdir bir biletlə uçur



 

1990-cı ildə ABŞ-da bütün uçuşlarda ömürlük bilet alan şəxs dünyanın ən yaxşı investisiyalarından birini edib. Belə ki, Nyu Cersili Tom Stuker 290 min dollara aldığı biletlə cəmi bir ildə 2,5 milyon dollarlıq səyahət edir.

SeherXeber.org xəbər verir ki, amerikalı “American United” hava yollarından aldığı biletlə ümumilikdə 37 milyon kilometrdən çox uçuş edib

ABŞ mətbuatı 69 yaşlı kişinin qənaət etdiyi milyonlarla uçuş milləri ilə aviaşirkətdən yüz minlərlə dollar hədiyyə aldığını və lüks otellərdə yaşadığını yazır.

100-dən çox ölkəyə gedən və rekord qıran adam bileti həyatının ən yaxşı sərmayəsi adlandırır.(Publika.az)