İsrail SEPAH-la əlaqəli kriptovalyuta hesablarını ələ keçirdi



 

İsrail İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli kriptovalyuta hesablarını ələ keçirib.

SeherXeber.org xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant bildirib.

Qalant SEPAH-ın Qüds Qüvvələri və Livan Hizbullahı ilə əlaqəli rəqəmsal hesabların ələ keçirildiyini və milyonlarla dollarlıq rəqəmsal valyutanın müsadirə edildiyini bildirib.

Nazir rəqəmsal hesabların ələ keçirilməsinin bir neçə gün əvvəl həyata keçirildiyini və bunun Livanda SEPAH və Hizbullah ilə əlaqəli aktivlərə qarşı ilk əməliyyat olduğnu qeyd edib.

“Mən ilk dəfə olaraq açıqlamaq istərdim ki, bir neçə gün əvvəl rəqəmsal valyutalardan istifadə edərək terrorizmin maliyyələşdirilməsi oxunun ifşası üzrə geniş və görünməmiş əməliyyat başa çatıb. Bu Hizbullah və İranın Qüds qüvvələrinin rəhbərlik etdiyi infrasrukturun terror ünsürlərinin istifadəsi üçün milyonlarla dolların ötürülməsinin qarşısının alındığı ilk hadisədir”, - deyə nazir bildirib.

Qeyd edək ki, İran İslam Respublikası HƏMAS, Hizbullah və İslami Cihad silahlı qruplaşmalarına geniş maliyyə və silah dəstəyi verir.

HƏMAS və Hizbullah İsrail və bir sıra digər ölkələrdə terrorçu siyahısındadır.