Bu ölkədə Qurban bayramına görə atəşkəs elan edildi



 

Sudan silahlı qüvvələri iyunun 28-də, Qurban bayramının ilk günü atəşi dayandıracaq.

SeherXeber.org xəbər verir ki, bu barədə "Əl-Hədas" telekanalı məlumat yayıb.

Ordu komandiri Əbdülfəttah əl-Burhan atəşkəsin elan edildiyi barədə bəyanatla çıxış edib.

Sudan Çevik Reaksiya Qüvvələrinin (Xüsusi Təyinatlı Qüvvələr) komandiri Məhəmməd Həmdan Daqalo da bildirib ki, ona tabe olan bölmələr bayram günlərində birtərəfli qaydada atəşkəsə əməl edəcək.

Xatırladaq ki, Sudanda döyüşlər aprelin ortalarından davam edir. Ölkənin silahlı qüvvələri ilə Çevik Reaksiya Qüvvələri arasında toqquşmalar gedir. Artıq döyüşlər üç mindən çox insanın həyatına son qoyub, altı mindən çox insan yaralanıb. Toqquşmalar qonşu ölkələrə miqrasiyanın və ölkə daxilində insanların köçünün kəskin artmasına səbəb olub, hazırda 2,2 milyondan çox qaçqın var.