Qum fırtınası minlərlə insanı xəstəxanalıq etdi



 

İranın Sistan-Bəlucistan əyalətində dəhşətli toz fırtınası nəticəsində minə yaxın insan xəstəxanalara yerləşdirilib.

SeherXeber.org xəbər verir ki, bu barədə İranın rəsmi agentliyi “İRNA” məlumat yayıb.

Sistan-Bəlucistan Böhran İdarəetmə İdarəsinin baş direktoru Məcid Mohibbi bildirib ki, son 4 gündə əyalətin Zabil, Zəhək, Hirmənd, Hamun və Nimruz rayonlarında toz fırtınasının daşıdığı incə toz 764 nəfərin xəstəxanalara üz tutmasına səbəb olub.

Sistan-Bəlucistan Meteoroloji Proqnoz və Xəbərdarlıq Mərkəzi toz fırtınasının vilayətin şimal bölgələrində bazar ertəsinə qədər davam edəcəyini və küləyin sürətinin 100 km/saata çatacağını proqnozlaşdırıb. 

Həmçinin ürək və tənəffüs yolları xəstəlikləri olan şəxslərə mümkün qədər çölə çıxmamaları barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, bundan əvvəl də toz fırtınasına görə, 330 nəfərin xəstəxanaya yerləşdirilmişdi.