Qarabağda aclıq yoxdur, şişirtməyin – Torosyan erməni jurnalistin sözünü kəsdi



 

Deyəsən, Qarabağdakı “blokada” və “aclıq” nağıllarının işə yaramadığını hətta Ermənistan hakimiyyəti də anlayıb. 

SeherXeber.org xəbər verir ki, “Hraparak” qəzeti hakim “Mülki müqavilə” partiyasının deputatı Şirak Torosyanın son dərəcə maraqlı açıqlama ilə müsahibəsini dərc edib.

Jurnalist deputatdan sülhməramlıların müvəqqəti məsuliyyət zonasındakı vəziyyətlə bağlı sual verərkən “aclıq” və “Qarabağda uşaqlar anoreksiyadan əziyyət çəkir” deyib. 

Deputat isə “Orada aclıq yoxdur, şişirtmək lazım deyil” sözləri ilə jurnalistin sözünü kəsib.

Görünür, Torosyanı irəli buraxıblar ki, Qarabağda “blokada və aclıq heç vaxt olmayıb” tezisini tədricən cəmiyyətə çatdırsın. 

Göründüyü kimi, Ermənistan hakimiyyəti valı dəyişməyə başlayıb. Demək olar ki, yarım ildir ki, bu mövzunu sırımağa çalışmaqla erməni təbliğatı heç nəyə nail olmayıb.