İsveçrə ittiham etdi: Rusiya qaçqın adı ilə casus göndərir



 

İsveçrə kəşfiyyatı Rusiyanın qaçqın adı altında Avropaya kəşfiyyatçılar göndərdiyini ehtimal edir.

Axar.az xəbər verir ki, bu barədə "İsveçrənin təhlükəsizliyi - 2023" hesabatında deyilir.

"İsveçrə üçün casusluq riski yüksək olaraq qalır. Bu təhlükə xüsusən də Rusiya və Çinin kəşfiyyat xidmətlərindən gəlir",- hesabatda deyilir.