Avropa Rusiyaya görə bu ölkələri cəzalandırmaqdan qorxur - SƏBƏB



 

Avropa İttifaqı (Aİ) Rusiyanın sanksiyalardan yan keçməsinə kömək etdiklərinə görə Mərkəzi Asiya ölkələrini cəzalandırmaqdan qorxur.

SeherXeber.org xəbər verir ki, bu barədə nüfuzlu “Politiko” nəşri yazır.

11-ci anti-Rusiya sanksiyalar paketində Aİ Rusiya Federasiyasına məhdudiyyətlərdən yan keçməyə kömək edən üçüncü ölkələrin “cəzalandırılması” mexanizmini nəzərdə tuturdu. Lakin bəzi Aİ üzvləri onun tətbiqinin əleyhinədir, xüsusən də Mərkəzi Asiya ölkələrinə münasibətdə. 

Avropalı rəsmilərin fikrincə, bunun diplomatik münasibətlərə xələl gətirəcəyi və bu ölkələrin iqtisadiyyatını Aİ-dən uzaqlaşaraq Rusiya və Çinlə daha da bağlayacağına dair qorxular var.