Priqojinə qarşı açılan cinayət işi ləğv edilməyib - “Kommersant”



 

İyunun 26-da səhər saatlarında “Vaqner”in təsisçisi silahlı qiyamın təşkili ilə bağlı Yevgeni Priqojinə qarşı başlanan Cinayət Məcəlləsinin 279-cu maddəsi üzrə cinayət işinə xitam verilməyib və istintaqı davam etdirilir.

SeherXeber.org ” xəbər verir ki, bu barədə “Kommersant”a Rusiya FSB-nin İstintaq İdarəsinin müstəntiqi bildirib.

Bu cinayət işi iyunun 23-də qaldırılıb. Priqojinin cinayət təqibinə xitam veriləməsi barədə Belarus Prezidenti Aleksandr Lukaşenko onunla danışıqlardan sonra elan edilib. Danışıqlar nəticəsində “Vaqner” qüvvələri Moskvaya yürüşü dayandırdı, işğal altındakı Rostov-na-Donu azad etdi və öz səhra düşərgələrinə qayıdıb. 

“Kommersant”ın əldə etdiyi məlumatlara görə, cinayət işinin başlanması barədə qərarın hələ də ləğv olunmadığı, qiyamla bağlı istintaqın davam etdirildiyi bildirilib. 

Mürtəza
SeherXeber.org