ABŞ-də təhlükəli maddələr olan qatar çaya aşıb - FOTO



 

ABŞ-nin Montana ştatında yük qatarının keçdiyi körpü uçub və neft məhsulları daşıyan bir neçə vaqon çaya aşıb.

Bu barədə Montana Balıqçılıq, Meşələr və Parklar İdarəsi “Twitter”da xəbər yayıb.

Məlumata görə, azı səkkiz vaqon zədələnib və neft məhsulları çaya axıb. Bu səbəbdən Stilluoter çayı balıq tutmaq, qayıqda gəzmək və üzmək üçün qismən bağlanıb.

O da qeyd edilir ki, körpünün uçması ştatda bir çox müştəriyə internet xidməti göstərən fiberoptik kabelin də sıradan çıxması ilə nəticələnib.