NATO hərbi gəmiləri Stokholm limanına üz tutdu



 

NATO-nun üç hərbi gəmisi İsveç paytaxtının Frihamnen limanına yol alıblar.

SeherXeber.org xəbər verir ki, İsveç Silahlı Qüvvələrinin sözçüsü Mari Tiseter gəmilərin limana tədarüklərini artırmaq və heyətə istirahət vermək üçün daxil olacaqlarını bildirib.

Bildirilir ki, NATO gəmilərini krallığın sahil mühafizəsi və dəniz polisi müşayiət edir.