ABŞ “Vaqner”ə qarşı yeni sanksiyaları təxirə salacaq



 

ABŞ Rusiyadakı vəziyyət fonunda “Vaqner” özəl hərbi şirkətinə qarşı yeni sanksiyaların tətbiqini təxirə salmaq niyyətindədir.

SeherXeber.org xəbər verir ki, ABŞ administrasiyası yeni sanksiyalar tətbiq etməklə Rusiya rəhbərliyinin “tərəfini tuta biləcəyindən” ehtiyat edir. Vaşinqton belə vəziyyətdə bu və ya digər tərəfi dəstəklədiyi kimi görünmək istəmir.

Bildirilir ki, Dövlət Departamenti Afrikadakı fəaliyyətinə görə “Vaqner”ə qarşı iyunun 27-də əlavə sanksiyalar tətbiq etməyi planlaşdırıb.